Sizin link burada

Ruhaninin həbs olunan qardaşı xəstəxanalıq oldu

İran prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Fereydun prokurorluqda baş tutacaq dindirilmədən əvvəl xəstəxanaya yerləşdirilib.

 

APA-nın məlumatına görə, bu barədə “Tasnim” agentliyi xəbər verib.

 

Məlumata əsasən, dindirilməyə gətirilən Hüseyn Fereydunun vəziyyəti qəflətən pisləşib. Bu səbəbdən dindirilmə baş tutmayıb.

 

Xatırladaq ki, İran prezidenti Həsən Ruhaninin qardaşı ötən gün maliyyə cinayətlərində təqsirli bilinərək həbs olunub.

LENT

22 May 2018
21 May 2018

Digər xəbərlər >>>