Sizin link burada

Zığ-Hövsan yolunda 3 yerüstü keçid tikilir

Zığ-Hövsan avtomobil yolunda 3 yerüstü piyada keçidi inşa edilir. Lent.az-ın azeravtoyol.gov.az saytına istinadən məlumatına görə, yeni piyada keçidləri sözügedən yolun 1.8, 2.7 və 4.4-cü km-lik hissələrində yerləşir.

 

Keçidlərin hər birinin uzunluqları 41.2 metr, qalereyasının eni 3.8 metr, hündürlüyü isə 3 metrdir. Üstü bağlı və 2 aşırımlı (orta dayaqlı) olan keçidlərin yol səthindən hündürlüyü 5.7 metr təşkil edir. Metal konstruksiyalı piyada keçidləri dəmir-beton dayaqlar üzərində qurulub.

 

Hər 3 keçidin ətrafında avtobus dayanacağı quraşdırılacaq, sərnişin avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacağa giriş-çıxışını təmin etmək üçün xüsusi “cib”li  hissələr yaradılacaq, ərazidə lazımi yol nişanları quraşdırılacaq.

LENT

22 Oktyabr 2017
21 Oktyabr 2017
20 Oktyabr 2017

Digər xəbərlər >>>