Prezident Riqada “Azadlıq” abidəsini ziyarət edib

İyulun 17-də prezident İlham Əliyev və Latviya Respublikasının Prezidenti Raymonds Veyonis Riqa şəhərindəki “Azadlıq” abidəsini ziyarət ediblər. Lent.az-ın AzərTAC-a istinadən məlumatına görə, abidənin ucaldıldığı mərkəzi meydanda fəxri qarovul dəstəsi düzülüb.

 

Dövlət başçıları abidənin önünə əklil qoyub, Latviyanın müstəqilliyi uğrunda həlak olanların xatirəsini yad ediblər.

 

Hərbi orkestrin ifasında Azərbaycanın və Latviyanın dövlət himnləri səsləndirilib.

LENT

22 İyul 2017
21 İyul 2017

Digər xəbərlər >>>