Şəbnəmin qəza xəbəri yalan çıxdı: "Belə hadisə qeydə alınmayıb" - YENİLƏNİB

 
Tanınmış müğənni Şəbnəm Tovuzlunun Mingəçevirdə planlaşdırılan konserti təxirə salınıb. Lent.az-ın azxeber.com-a istinadən məlumatına görə, buna səbəb müğənninin konsertə biletlərinin satılmaması olub. Bu haqda məlumat verən mənbənin dediyinə görə, vəziyyətin ürəkaçan olmadığını görən müğənni vəziyyətdən çıxış yolu axtarıb. O ilk olaraq rayon rəhbərliyinə səhhətinin yaxşı olmadığını deyib. Bu haqda məlumatı Mingəçevir Dövlət Dram Teatrının məsul əməkdaşı Vüsal Məmmədov verib. O qeyd edib ki, konsertə bilet alan tamaşaçılar pullarını geri ala bilərlər.
 
 Maraqlıdır ki, Şəbnəm Tovuzlu haqda məhz bu hadisədən sonra məlumat yayılıb və onun qəza keçirdiyi yazılıb. Xəbərdə konsertin məhz bu səbəbdən təxirə salındığı da qeyd olunub. Əslində isə Tovuzlu buna görə deyil, konsertə maraq olmadığına görə konserti təxirə salıb. 
 
 
Daha bir diqqətçəkən məqam isə ondan ibarətdir ki, müğənni Mingəçevir konserti ilə bağlı paylaşımların hamısını 2 gün öncə səhifəsindən silib.
Avtosfer.az bu gün hadisəni araşdırmaq üşün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edib. İdarədən bildirdilər ki, bu hadisə barədə heç bir dəqiq məlumat yoxdur. Ümumiyyətlə, son 3 gündə Azərbaycanda "Mercedes Viano" və "VAZ-2107" markalı avtomobillərin toqquşması barədə qəza qeydə alınmayıb: "Hadisənin dəqiq yeri bilinmir. Maşınların nömrəsi yazılmır, yaralıların hansı xəstəxanaya aparılması barədə məlumat yoxdur. Yol qəzası ilə spekulyasiya edib ucuz şou yaratmaq olmaz".
 
 
 
13:27
 
 
Xəbər verdiyimiz kimi, müğənni Şəbnəm Tovuzlu Bakı-Qazax yolunda ağır avtomobil qəzası keçirib.
 
Lent.az-ın axşam.az-a istinadən məlumatına görə,  şok vəziyyətində olan müğənni reanimasiyaya yerləşdirilib.
 
İfaçının prodüseri və sürücüsü də avtomonildə olduğu üçün hazırda xəstəxanadadırlar. 
 
Şəbnəmin telefonuna cavab verən və xalası olduğunu bildirən xanım onun səhhəti ilə bağlı sualları cavablandırıb:
 
“Hazırda xəstəxanadadılar. Həyat yoldaşı Hacı da buradadır. Bütün personalı töküb bura. Həkimlər Şəbnəmi şok vəziyyətindən çıxara biliblər. Vəziyyəti yaxşılığa doğru gedir”.
 
Qeyd edək ki, hadisə bu gecə sənətçi Gəncədən Bakıya qayıdarkən baş verib. Qəflətən qarşılarına çıxan VAZ 07 avtomobili ilə toqquşan Mercedes Viano maşınında müğənnidən əlavə prodüseri və sürücüsü olub.

LENT

21 Sentyabr 2017
20 Sentyabr 2017

Digər xəbərlər >>>