Bakıda orta məktəbdə oğurluq olub

Bakıdakı orta məktəblərdən birində oğurluq hadisəsi baş verib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 11-də rayon ərazisindəki orta məktəblərdən birində otaqdan içində 900 manat pul və sənəd olan pulqabısını oğurlamaqda şübhəli bilinən Ordubad rayon sakini, əvvəllər məhkum olunmuş Ağamalı Əliyev tutulub.

 

Araşdırma aparılır.

LENT

20 Avqust 2017
19 Avqust 2017
18 Avqust 2017

Digər xəbərlər >>>