7 yaşlı Nicatın köməyinizə ehtiyacı var - FOTOLAR

 

7 yaşlı Əliyev Nicat Vüqar oğlunun xeyirxah insanların köməyinə ehtiyacı var. Onun sağ ayağı təcili əməliyyat olunmalıdır. Lent.az-a müraciət edən Nicatın anası Əliyeva Dilşadın sözlərinə görə, oğlu ilk əməliyyatı 3, ikincini isə 5 yaşında keçirib. Üçüncü əməliyyat isə təcili edilməlidir: “Ayağında əməliyyatın izləri var. İkinci əməliyyatda Nicatın ayağına dəmir qoyulub. İndi həmin dəmir təcili çıxarılmalıdır. Ayağındakı şruplar əyilib, artıq ağrı verir uşağa”.

 

Nicatın sağ ayağı sol ayağına nisbətən 8.5 sm. qısadır. Buna görə də yeriyəndə sağa tərəfə əyilir. Bu da zamanla onun onurğa və qabırğa sümüklərinin əyilməsinə gətirib çıxarıb.

 

Əməliyyatı Bakıda “City Hospital”da ortopedik-cərrah Ələkbər Kərimov edəcək. Əməliyyatın qiyməti də çox deyil, cəmi 3 min manat. Bu günə qədər 2 dəfə əməliyyat və müəyyən müalicələr keçmiş Nicatın ailəsinin isə  bu məbləği ödəməyə maddi imkanı yoxdur.

 

Yardım etmək istəyənlər üçün Nicatın anasının bank hesabını təqdim edirik.

 

Bank Respublika -380194401956344301 AZE-16035130

 

Əliyeva Dilşad: 077 573 19 01

LENT

20 Avqust 2017
19 Avqust 2017
18 Avqust 2017

Digər xəbərlər >>>