39 dərəcə isti

İyulun 18-də Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə  20-25° isti, gündüz  32-37°, Bakıda gecə  23-25° isti, gündüz  34-36° isti olacağı gözlənilir.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  24-25°, Türkan, Hövsan, Sahil, Şıxda  25-26° isti təşkil edəcək.

 

İyulun 18-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü fonunda gündüz isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsiz olacaq.

 

Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə  20-25° isti, gündüz  34-39° isti, dağlarda gecə 13-18° isti, gündüz  22-27° isti olacaq. 

LENT

22 İyul 2017
21 İyul 2017

Digər xəbərlər >>>