Sizin link burada

Türkiyədə faciə: 3 azyaşlı uşaq öldü

Türkiyədə 3 körpə uşağın ölümü ilə nəticələnən faciə yaşanıb.

 

 

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Şanlıurfanın Siverik qəsəbəsində Hacı Menek adlı şəxsin evində yanğın baş verib.

 

Həmin vaxt Hacı Menek həyat yoldaşı ilə birgə tarlaya işləməyə gedib. Evin tüstülənməsinə görən qonşular yanğınsöndürənlərə məlumat veriblər.

Həmin zaman onların evdə üç azyaşlı övladı- 3 yaşlı Bedriyə, 2 yaşlı Mustafa, 6 yaşlı Əhməd olub. Yanğın zamanı 3 uşaqda zəhərlənib. Təcili yardım vasitəsilə xəstəxanaya çatdırılan uşaqların öldüyü məlum olub.

 

 

LENT

24 Oktyabr 2017
23 Oktyabr 2017

Digər xəbərlər >>>