Sizin link burada

Hava Limanı yolunda zəncirvari qəza: 2 nəfər öldü

İyulun 17-si saat 08:30 radələrində Heydər Əliyev prospekti-Hava Limanı yolunda (keçmiş Suraxanı dairəsi yaxınlığında) yol nəqliyyat hadisəsi baş verib. Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, hava limanı istiqamətində hərəkət edən “Deawoo” və “Volkswagen Passat” markalı iki minik avtomobili toqquşub. Zərbənin təsirindən avtomobillər "VAZ 2107" markalı minik avtomobilinə və həmin vaxt hərəkətsiz vəziyyətdə dayanan 171 nömrəli marşrut xəttinə aid sərnişin avtobusuna çırpılıb.

 

Qəza nəticəsində avtobusun arxa tərəfi zədələnsə də, sərnişinlərdən heç biri xəsarət almayıb. Lakin “Deawoo” markalı avtomobildə olan sürücü və sərnişin ölüb.

 

Hadisənin hansı səbəbdən baş verməsi hazırda davam edən istintaq araşdırmasından sonra məlum olacaq.

LENT

22 Noyabr 2017

Digər xəbərlər >>>