Dünya Azərbaycanlıları Assambleyası bəyanat yayıb

Dünya Azərbaycanlıları Assambleyası Rusiya Dumasının Ermənistanla hərbi qruplaşma yaratması ilə əlaqədar qərarı ratifikasiya etməsi ilə bağlı bəyanat yayıb. Lent.az-ın məlumatına görə, bəyanatda bildirilir ki, Dumanın bu addımı Rusiya ilə Azərbaycanın tarixi və bugünkü əməkdaşlıq ruhu ilə uyğun gəlmir. “Azərbaycanla Rusiya illərdir strateji partnyordur. Rusiyanın özünün də rəsmi olaraq qəbul etdiyi kimi Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edilmiş, milyonlarla insan öz doğma torpağından didərgin düşmüşdür. Belə olduğu halda Rusiyanın işğalçı ölkəyə hərbi dəstəyini nə ilə əlaqələndirə bilərik? Bununla Rusiya dövləti hansı mesajı vermək istəyir? Məlum olduğu kimi, illərdir Rusiya beynəlxalq miqyasda müxtəlif qurumlar tərəfindən diplomatik və siyasi təzyiqlər altındadır, belə olduğu halda özünün strateji və etibarlı partnyoru Azərbaycanın dost Rusiyaya hansı münasibət göstərdiyinin isbata ehtiyacı yoxdur.

Hesab edirik ki, bu cür qərarlar verilirkən Rusiya yaxın qonşusunun, regiondakı strateji və etibarlı partnyorunun maraqlarını nəzərə almalıdır”.

 

Bəyanatda daha sonra bildirilir ki, dünyanın 30-a yaxın ölkəsində azərbaycanlıları təmsil edən beynəlxalq təşkilat olaraq ratifikasiya  qərarından dərin təəssüf hissi keçirir. “Regiondakı əsas partnyorlarımızdan və dostlarımızdan biri Rusiya dövlətini bu cür həssas məsələlərdə ehtiyatlı davranmağa səsləyir , ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərinə xələl gəlməsinə imkan verilməməsinə çağırırıq”.

 

LENT

21 Sentyabr 2017
20 Sentyabr 2017

Digər xəbərlər >>>