Şəmkirdə ağır yol qəzası: ölənlər var

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Lent.az xəbər verir ki, Üçtəpəyə gedən yolda "VAZ 2107" və "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə "VAZ 2107"ni idarə edən 30 yaşlı Bəhlul Nağıyevlə sərnişini, 55 yaşlı Arifə Rüstəmova vəfat edib. Daha iki nəfər isə ağır bədən xəsarətləri alıb.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

LENT

21 Sentyabr 2017
20 Sentyabr 2017

Digər xəbərlər >>>