Dünya çempionumuz gecə klubunda dava salmağından DANIŞDI

 

Gecə klubunda dava saldığı deyilən tanınmış bokçumuz Elvin Məmişzadə xəbəri təkzib edib.
 
 
Lent.az-ın ölke.az-a istinadən xəbərinə görə, idmançı gecə klubunda dava salmadığını deyib: "Ümumiyyətlə, gecə klubuna getmirəm. Bilmirəm, xəbəri kim yayıb. Ancaq heç kimlə düşmənçiliyim yoxdur". 
 
 

***

 

09:17

 

Boks üzrə dünya çempionumuz Elvin Məmişzadə gecə klubunda dava salıb.

 

Lent.az-ın Yenicağ.az-a istinadən xəbərinə görə, bu barədə etibarlı mənbədən məlumat daxil olub.

 

Hadisə şəhərin “26 land” gecə klubunda baş verib. 26 yaşlı boksçu dava zamanı bir xanımı döyüb. Məmişzadə Elvin Rauf oğlunun döydüyü xanım xəsarət alıb. Məsələ ilə bağlı polis tərəfindən araşdırma başlanıb.

 

Hadisə iyulun 16-sı, gecə saat 04:00 radələrində baş verib.

 

Qeyd edək ki, dünya çempionumuz olan E. Məmişzadə eyni zamanda I Avropa Oyunlarının qızıl medalçısıdır.

LENT

22 İyul 2017
21 İyul 2017

Digər xəbərlər >>>