Bakıda maşın bir ailənin 4 üzvünü vurdu

Gecə saatlarında paytaxtda 4 nəfər eyni avtomobilin zərbəsinə tuş gəlib.

 

APA TV xəbər verir ki, yol qəzası zamanı xəsarət alan şəxslərin hamısı bir ailənin üzvləridir. Məlumata görə, piyadaların vurulduğu avtoqəza Bakının Xəzər rayonunda qeydə alınıb.

 

1975-ci il təvəllüdlü Qurbanov Araz Qurban oğlu, 1975-ci il təvəllüdlü Nurəliyeva Məxluqə Eynulla qızı, onların övladları - 12 yaşlı Qurbanov Rəhim Araz oğlu və 13 yaşlı Qurbanov Rəhman Araz oğlu Mərdəkan qəsəbəsindəki dayanacaqların birində avtobus gözləyən zaman idarəetmədən çıxan bir avtomobil onları vurub.

 

Ata, ana və onların iki övladı xəsarətlə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Həkimlər onların vəziyyətinin qənaətbəxş olduğunu bildirir.

 

Qəzadan sonra avtomobilin sürücüsü Xəzər RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi qaldırılıb.

 

LENT

21 Sentyabr 2017
20 Sentyabr 2017

Digər xəbərlər >>>