Qubada restoranda yanğın

Qubada yanğın hadisəsi qeydə alınıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Quba şəhərində vətəndaşa məxsus ümumi sahəsi 132 m2 olan restoranın mətbəxin yanar konstruksiyaları 10 m2 sahədə yanıb.

 

Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

LENT

21 Sentyabr 2017
20 Sentyabr 2017

Digər xəbərlər >>>