Bakıda iki avtomobil yandı

Bakıda iki avtomobil yanıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Suraxanı rayonunda vətəndaşa məxsus "Daewoo" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

 

Daha bir avtomobil Bakının Sabunçu rayonçu rayonunda yanıb. Səhiyyə Nazirliyinin balansında olan "Mercedes" markalı təcili tibbi yardım avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

LENT

28 İyul 2017
27 İyul 2017

Digər xəbərlər >>>