Ərəb ölkələrinin DÇ-2022-ni Qətərdə keçirməmək çağırışı saxta çıxdı

Altı ərəb ölkəsinin FİFA-nı DÇ-2022-ni Qətərdə keçirməməyə çağırması xəbəri yalan çıxıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İsveçrənin “The Local” nəşrinin təsisçisi Ceyms Sevec bildirib.

 

“Saytımızda belə bir xəbər yayımlanmayıb. Araşdırmalarımız xəbərin “The Local"-a oxşar saxta saytda yerləşdirildiyini üzə çıxarıb”, C.Sevec qeyd edib.

 

Bu gün Reuters agentliyi “The Local”-a istinadən xəbər verib ki, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Mavritaniya və Liviya FİFA-ya məktub göndərərək DÇ-2022-ni Qətərdə keçirməməyə çağırıb. “Terrorçuların bazası olan Qətər azarkeşlərin təhlükəsizliyini təmin edə bilməz”, məktubda vurğulanıb.

 

Öz növbəsində, FİFA-dan bildiriblər ki,  qurumun ünvanına adıçəkilən məzmunda məktub daxil olmayıb.  

LENT

19 Sentyabr 2017

Digər xəbərlər >>>