Əl-Bağdadinin öldürülməsi yalan çıxdı

İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi sağdır və Suriya ərazisində gizlənir.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bunu İraq Daxili işlər nazirliyinin Kəşfiyyat və Antiterror Xidmətinin rəisi Əbu Əli Basri bəyan edib.

 

“əl-Bağdadi sağdır və Suriya ərazisində, Rakka əyalətindən kənarda gizlənir”, deyə İraq rəsmisi bildirib.

 

Qeyd edək ki, ötən ayın ortalarında Rusiya Müdafiə Nazirliyi Əl Bağdadi və daha 300 döyüşçünün Suriyada aviazərbələr nəticəsində öldürüldüyünü iddia edib.

LENT

25 Sentyabr 2017
24 Sentyabr 2017

Digər xəbərlər >>>