Sizin link burada

“Qarabağ”ın oyunu serbiyalıya tapşırıldı

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində keçiriləcək “Samtredia” – “Qarabağ” matçının hakimləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA təmsilçimizin oyununa serb hakimlər briqadası göndərib.

 

Görüşün baş hakimi Srdan Yovanoviç olacaq. Ona yan xətdə Uroş Stoykoviç və Milan Mihayloviç yardım edəcəklər. Qarşılaşmanın 4-cü hakimi isə Marko Popoviç təyin edilib.

 

Görüşdə hakim inspektor kimi macarıstanlı Lajlo Vaqner, UEFA nümayəndəsi kimi isə rumıniyalı Paul Daniel Zaharia iş başında olacaqlar.

 

Çempionlar Liqası, II təsnifat mərhələsi 
Cavab oyunu

18 iyul

21:00. "Samtredia" (Gürcüstan) - "Qarabağ" (Azərbaycan)
Baş hakim: Srdan Yovanoviç
Yan xətt hakimləri: Uroş Stoykoviç və Milan Mihayloviç
Dördüncü hakim: Marko Popoviç (hamısı Serbiya)
Hakim-inspektor: Lajlo Vaqner (Macarstan)
UEFA nümayəndəsi: Paul Daniel Zaharya (Rumıniya)

LENT

22 Noyabr 2017

Digər xəbərlər >>>