Bir günlük pul verdi, aldadıldı

Bakıda tanışına borc pul verən əcnəbi ölkə vətəndaşı polisə müraciət edib. Lent.az xəbər verir ki, Böyük Britaniya vətəndaşı Maykl Sulivan şikayət ərizəsi ilə müraciət edərək bildirib ki, iyulun 8-də yaşadığı evdə Rəşad adlı tanışına 700 manat verib. Həmin şəxs pulu 1 gün sonra qaytaracağına söz verib. Lakin üstündən bir həftə keçməsinə baxmayaraq borc verdiyi pul Maykla qaytarılmayıb.

 

Araşdırma zamanı məlum olub ki, Maykl Sulivandan borc pul alıb qaytarmayan şəxs Sumqayıt şəhər sakini Rəşad Xələfovdur.

 

Araşdırma aparılır.

LENT

28 İyul 2017
27 İyul 2017

Digər xəbərlər >>>