Sizin link burada

Pişik qatilinə 16 il HƏBS CƏZASI VERİLDİ

ABŞ-ın Kaliforniya ştatının sakini Robert Roy pişikləri öldürdüyünə görə 16 il müddətinə azadlıqdan məhrum edilib.

 

APA-nın “USA Today” nəşrinə istinadən verdiyi məlumata görə, Kaliforniyanın rayonlarından birində pişiklər 2015-ci ildən yoxa çıxmağa başlayıb.

 

Polis R. Roya məxsus avtomobilin cihaz panelinin üstündə pişik meyiti aşkarladıqdan sonra avtomobildə axtarış aparıb. Həmin vaxt R. Roy da maşında yatılı vəziyyətdə olub. Axtarış nəticəsində maşından bıçaq, qanlı əlcəklər və pişik tükləri tapılıb.

 

Araşdırmaların yekununda R. Royun ümumilikdə 21 pişiyi öldürdüyü məlum olub.  

LENT

20 Noyabr 2017
19 Noyabr 2017
18 Noyabr 2017

Digər xəbərlər >>>