Sizin link burada

Bakıda ağır qəza: qadın öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az xəbər verir ki, dünən saat 15:20 radələrində Xəzər rayon Mərdəkan qəsəbəsində "VAZ 2109" markalı, 10 DX 642 dövlət qeydiyyat nişanlı avtomobil yaşlı qadını vurub. Ağır xəsarət alan piyadanın həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

LENT

22 Noyabr 2017

Digər xəbərlər >>>