Sizin link burada

İlqar Mikayıloğlunu su ilanı "sancıb"mış - AÇIQLAMA - YENİLƏNİB

“Aparıcı İlqar Mikayıloğlunun vəziyyəti normaldır. Onu su ilanı-təlxə sancıb. Həmin ilan zəhərsizdir. Sadəcə ayağını dişləyib. Ona görə, zərdab vurulub ki, infeksiya keçməsin”.

 

Bu sözləri Lent.az-a aparıcının həyat yoldaşı, hüquqşünas Zülfiyyə Babayeva deyib.

 

O qeyd edib ki, hazırda Füzulidən Bakıya gəlirlər: "Bakıya gəlirik, hər şey yaxşıdır. İlqarın heç bir həyati təhlükəsi yoxdur".

 

 

Sosial şəbəkələrdə isə İlqar Mikayıloğlu barəsində yayılan bu xəbərinin reklam xarakterli olduğu bildirilir.

 

 

 

 

***

 
14:42
 
Bu gün Haramı düzündə ilan sancan tanınmış aparıcı İlqar Mikayıloğlu Bakıya gətirilir. Bu barədə Lent.az-a aparıcının xanımı, tanınmış hüquqşünas Zülfiyyə Bayramova məlumat verib. O bildirib ki, hadisədən dərhal sonra İlqar Mikayıloğluna zəhər əleyhinə zərdab vurulub: “Biz onu hansı növ ilanın sancdığını bilmirik. Amma ilan kameralara düşüb. Görüntülərə baxandan sonra onun hansı ilan olduğu, nə qədər təhlükəli olması məlum olacaq. Hər ehtimala qarşı İlqarı Bakıya gətiririk, yoldayıq”.
 
 
***
 
 
14:16
 
 
Tanınmış teleaparıcı İlqar Mikayıloğlunu çəkiliş zamanı ilan sancıb. 
 
 
Lent.az-ın big.az-a istinadən məlumatına görə, Füzuli rayonunun Haramı düzündə verilişin çəkilişi zamanı aparıcını ilan sancıb və o, dərhal qospitala göndərilib. Teleaparıcının hələ xəstəxanaya çatdırılmadığı, hələ də yolda olduğu bildirilir. 
 
 
Hadisə şahidləri İlqar Mikayıloğlunun səhhətinin ağır olduğunu da bildiriblər. 
 
 
Ətraflı məlumat veriləcək. 

LENT

22 Noyabr 2017

Digər xəbərlər >>>