Brilliant Dadaşova erməni musiqiçini tərifləməsinə AYDINLIQ GƏTİRDİ

Xalq artisti Brilliant Dadaşova erməni qarmonçalan Varujan Şahbazyana tərif yağdırması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

 

Lent.az-ın məlumatına görə, B.Dadaşova şəxsi İnstagram səhifəsində paylaşım edərək özünü müdafiə edib və yayılan məlumatları “qara piar” adlandırıb: “Əziz dostlarım, mənə “qara piar” edən "yalançı vətənpərvərləri" qınamayın. Döyüşlərin ən çətin və qızğın vaxtında səngərlərdə, döyüş meydanlarında əsgərlərimizə dəstək çıxışlarımdan yazmayacaqlar ki... Çünki göndərsən bunlar heç biri o döyüş meydanlarına yaxın getməzdir. Sizə gözəl əhval-ruhiyyə arzulayıram”.

 

Qeyd edək ki, B.Dadaşova Varujan Şahbazyanının İnstaqramdakı paylaşımlarının altına ürək, əla işarələri qoyduğu üçün qınaq atəşinə tuulub. Məsələ ilə bağlı dünən heç bir açıqlama verməyən xalq artisti bu gün artıq Varujanın paylaşımlarının altındakı şərhlərini silib. Eyni zamanda İnstaqramdakı “brilliant_dadashova” adını dəyişərək “brilliant_dadashova_official” edib. Sənətçi həmin şərhləri istifadə etdiyi profildən yazmadığını göstərməyə çalışıb.

 

LENT

21 Sentyabr 2017
20 Sentyabr 2017

Digər xəbərlər >>>