Məşhur meyxanaçı özünə qəbir qazdırdı - VİDEO

 

Məşhur meyxanaçı Ağamirzə özü üçün qəbir yeri götürüb.
 
 
 
Lent.az-ın Xezerxeber-ə istinadən xəbərinə görə, meyxanaçı həmin yeri qazdırıb, içini lazımi qaydada hördürüb, üstünə isə torpaq tökdürüb.
 
 
 
Meyxanaçı açıqlamasında bildirib ki, hər bir insanın son yeri buradır: "Bir neçə il qabaq yaxın bir adamımız rəhmətə getmişdi. Elə bir soyuq hava idi ki, qapını açıb bayıra çıxmaq olmurdu. O vaxt ozlüyümdə qərar qəbul etdim ki, bunu hazır qoymaq lazımdır. Bu məzarın üstünü açan kimi hər şey hazırdır orda, bir dənə mən çatmıram".
 

Onun sifarişini qəbul edən qəbirqazan əvvəlcə təəccüblənsə də, öz işini 2 günə təhvil verib.

 

Ailəsi, qohumları, tanıyan-bilən hər kəs şairi bu əməlinə görə qınasa da, sonradan ona haqq qazandırıblar, hətta onun hazır qəbrinə şərik çıxmaq istəyənlər də olub: "Əvvəllər qardaşlarım da razı deyildilər. O deyir mənimdi, bu deyirdi mənimdi. Allah nə zaman məsləhət bilsə, bu qəbir özümün olacaq". 

LENT

28 İyul 2017
27 İyul 2017

Digər xəbərlər >>>