Sizin link burada

Tarkan bu qadının qarşısında diz çökdü - FOTO

Türkiyənin meqa starı Tarkan bir neçə gün əvvəl yeni albomunu təqdim etdikdən sonra silsilə konsertlərə start verib. Lent.az xəbər verir ki, məşhur müğənni Harbiyedə ardıcıl 5-ci gün sevənlərinin qarşısına çıxıb. Budəfəki konsert onun ön sırada əyləşən həyat yoldaşına sevgi nümayiş etdirməsi baxımından xeyli fərqlənib. Tarkan zaman-zaman xanımı Pınar Tevetoğlunun qarşısına gələrək diz çöküb və mahnılarını ona həsr edib.

 

Qeyd edək ki, son məlumata görə Tarkanın illər sonra təqdim etdiyi yeni albomu artıq 332 min ədəd satılıb.

LENT

20 Oktyabr 2017

Digər xəbərlər >>>