Sizin link burada

ADO yubiley: “Dağınıq bir Oda”

Azərbaycanın ilk müstəqil teatrı olan ADO-nun (Azərbaycan Dağınıq Oda teatrı) təntənəli yubiley tədbiri olacaq. Lent.az-ın məlumatına görə, alternativliyi, fərqli üslubu, modern, kreativ, art-underground nümayişləri ilə hər zaman diqqət çəkən və ölkə mədəniyyətində canlanma yaratmaqdan yorulmayan ADO iyulun 15-də 5-ci ilini açıq elan edəcək.

Hər il ad günü tədbirlərini müxtəlif üslub və məkanlarda keçirən "ADO Theatre – Collective" bu il 5-ci ilinin açılışını Yarat Müasir İncəsənət Mərkəzində keçirəcək. “Dağınıq bir Oda” adlı genişmiqyaslı tədbir saat 17:00-dan başlayacaq.

Tədbirdə ADO-nun performansları, tamaşalarından qısa parçalar göstəriləcək. Eyni zamanda ADO-nun 5 il ərzində keçdiyi yol haqda tamaşaçılara məlumat, video teaser və fotolar təqdim olunacaq. Bundan əlavə tanınmış müğənnilər, musiqiçilərin ifası, DJ-lərin iştirakı və bir çox sürprizlər təqdim olunacaq.

ADO tədbir gününə kimi mütəmadi olaraq məlumatlar yayacaq, tədbirin proqramını təqdim edəcək və musiqiçilərin adlarını da açıqlayacaq. Bütün bunlar haqda ətraflı olaraq “ADO.AZ” saytında və “fb.com/adotheatre” Facebook səhifəsində məlumatlar izləyə biləcəksiniz.

Qeyd edək ki, "ADO Theatre – Collective" 2013-cü ildə Elmin Bədəlov tərəfindən “Oda” adı ilə yaradılıb. E.Bədəlov daha sonra ADO-nu təsis edib. Bir müddət sonra iki teatrı birləşdirərək bir ad altında – “ADO Theatre – Collective” kimi fəaliyyətini genişləndirərək davam etdirir. ADO ölkənin ilk müstəqil fəaliyyətə başlamış teatrıdır. Klassik teatr ənənələrindən uzaq, çağdaş teatr kimi qəbul olunub. ADO hər kəsi öz yubiley tədbirinə dəvət edir!

Giriş sərbəstdir və izləyicilər üçün “buffet” də nəzərdə tutulub.

Ünvan: Yarat Müasir İncəsənət Mərkəzi // Sabail district,

E119 Highway, AZ1003

Baku, Azerbaijan

LENT

18 Oktyabr 2017

Digər xəbərlər >>>