Sizin link burada

Xalq artisti 90 yaşında vəfat etdi

Azərbaycan Xoreografiyasının korifey sənətkarı, xalq artisti Xumar Zülfüqarova vəfat edib.
Lent.az-ın Report-a istinadən məlumatına görə, bu barədə Azərbaycan Rəqs Assosiasiyasından məlumat verilib.
 
 
Məlumata görə, X.Zülfüqarova 90 yaşında dünyasını dəyişib.
 
Qeyd edək ki, Xumar Zülfüqarova 1927-ci il noyabr ayının 15-də Bakı şəhərində görkəmli teatr və kino aktyoru Rza Əfqanlının ailəsində anadan olub. O, 1945-cı ildə Bakı Xoreoqrafiya məktəbini bitirib. 1945-1966-cı illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, 1966-1978-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs ansamblının solisti və bədii rəhbəri, Dövlət Rəqs Ansamblının yaradıcılarından biri, 1978-1988-ci illərdə Azərbaycan Dövlət Qastrol və konsert üzrə birliyinin ilk baş baletmeysteri olub. 1950-ci ildə Bakı Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyətə başlayan Xumar Zülfüqarova 60 il ərzində bir neçə nəsil rəqqas və xoreoqraf yetişdirib.

LENT

20 Oktyabr 2017

Digər xəbərlər >>>