Nəfəs aparatına qoşulu yaşayan xalq artistinin SON DURUMU - ÖLÜM TƏHLÜKƏSİ

 

Xalq artisti Qəndab Quliyevanın vəziyyəti ağır olaraq qalır. Bu barədə Lent.az-a xalq artistinin oğlu Hafiz Həmidov məlumat verib. O bildirib ki, anası hazırda reanimasiyaya yerləşdirilib və  səhhəti ilə bağlı heç bir irəliləyiş yoxdur. H.Həmidov onu da əlavə edib ki, anasını müalicə üçün Türkiyəyə aparmaq istəsələr də, həkimlər buna icazə vermir.

 

Müalicənin də çox xərc tələb etdiyini vurğulayan H.Həmidov deyib ki, kömək üçün heç bir quruma müraciət etməyiblər: “Nə Səhiyyə, nə də Mədəniyyət və Turizm Nazirliyinə müraciət etmişik. Guya müraciət etsək, nə edə biləcəklər ki?!”.

 

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində Bakı Ürək Mərkəzinin intervension-kardioloqu Şahin Xəlilov da Lent.az-a bildirib ki, Qəndab Quliyevanın vəziyyəti olduqca ağırdır: “Hazırda nəfəs aparatına qoşulu vəziyyətdədir. Ürək, böyrək və ağciyərlə bağlı problemləri var. İtaliyanın San Donato klinikasının məşhur reanimatoloqu hazırda xalq artistinin vəziyyətinə nəzarətini üzərinə götürüb”.

 

Ş.Xəlilov onu da qeyd edib ki, xalq artistinin durumu ilə bağlı nə olacağını bəribaşdan proqnoz vermək çətindir: “Ailə Türkiyəyə aparmaq istədi, məsləhət etdik ki, hazırda nəfəs aparatına qoşuludur və onu bu vəziyyətdə aparmaq daha böyük riskdir. Qadağan etmək, ya icazə verməmək kimi söhbət olmayıb. Bu, bizim səlahiyyətimizdə deyil. Qərar ailənindir”. 

 

LENT

19 Avqust 2017
18 Avqust 2017

Digər xəbərlər >>>