Sizin link burada

Xalq artisti Adil Bağırovun 80 illik yubileyi keçiriləcək

Azərbaycan Televiziyası, Mədəniyyət kanalı və Azərbaycan Radiosunun təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi olan Azərbaycanın xalq artisti Adil Bağırovun 80 illik yubileyinə və 60 illik səhnə fəaliyyətinə həsr olunmuş gecə keçiriləcək.

 

Lent.az-ın məlumatına görə, gecənin aparıcısı Azad Şükürov olacaq. Konsertdə əməkdar artistlər Almaz Orucova, Zakir Əliyev, Cabir Abdullayev, Təyyar Bayramov və müğənnilər Kamilə Nəbiyeva, Aytən Məhərrəmova, Günay İmamverdiyeva, Abgül Mirzəliyev, Sərxan Bünyadzadə və  Elnur Zeynalovun çıxışları gözlənilir. Gecə boyu müğənniləri “Xatirə” ansamblı müşayiət edəcək.  

 

Qeyd edək ki, tədbirin informasiya dəstəyi APA. APA.TV, Lent.az, Vesti.az-a məxsusdur. 

LENT

23 Oktyabr 2017

Digər xəbərlər >>>