Sizin link burada

Mərhum aktrisa narkotik istifadəçisi imiş

Ötən ilin dekabrında vəfat edən məşhur aktrisa Kerri Fişerin narkotikdən istifadə etdiyi təsdiqlənib.

 

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, məhkəmə-tibbi ekspertizasının nəticələri Fişerin narkotik maddələrdən istifadə etdiyini deməyə əsas verir.

 

Belə ki, “Ulduz döyüşləri” (Star Wars) filmində şahzadə Leya rolunu canlandıran 60 yaşlı aktrisanın orqanizmində heroin, kokain və ekstazi izlərinə rastlanıb.

 

Qeyd edək ki, ötən ilin dekabrın 26-da İngiltərənin paytaxtı Londondan ABŞ-ın qərbindəki Los-Ancelesə uçan təyyarədə enişə 15 dəqiqə qalmış Kerrinin səhhətində ciddi problem yaranıb.

 

K.Fişer dərhal xəstəxanaya çatdırılsa da, bir gün sonra dünyasını dəyişib. Onun infarkt keçirdiyi bildirilib.

LENT

20 Oktyabr 2017

Digər xəbərlər >>>