“Ayaks”ın müdafiəçisi “Qalatasaray”da

“Ayaks”ın müdafiəçisi Kenni Tete karyerasını “Qalatasaray”da davam etdirəcək.

 

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, 21 yaşlı futbolçu bir müddət əvvəl İstanbul klubu ilə razılığa gəlmişdi.

 

Lakin “İnter”in də Tete ilə maraqlanması keçidi əngəlləyirdi. Yekunda Milan klubu holland futbolçu üçün 3 milyon avro ödəməkdən imtina edib. 

 

Bu səbəbdən də Tete “Qalatasaray”la müqavilə imzalamaq üçün qarşıdakı günlərdə İstanbula yollanacaq.

 

LENT

23 Avqust 2017

Digər xəbərlər >>>