Sizin link burada

Gəncədə mənzildə qadın meyiti tapıldı

Gəncədə mənzildə 83 yaşlı qadının meyiti tapılıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin  Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Gəncə şəhəri, Kəpəz rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Dərhal Nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1934-cü il təvəllüdlü Cəlilova Almaz Bəhram qızının meyitini aşkar edərək aidiyyəti üzrə təhvil verublər. Əməliyyat saat 23:26-da başa çatıb.

LENT

19 Dekabr 2017
18 Dekabr 2017

Digər xəbərlər >>>