Sizin link burada

Cərəyan vuran Astara sakini öldü - YENİLƏNİB

Astaranın Siyəkü kəndində elektrik cərəyanı vurması nəticəsində ağır xəsarətlər alan Tarzan Zahirov xəstəxanada ölüb.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən T.Zahirovun həyatını xilas etmək mümkün olmayıb.

 

***

 

Astara sakinini cərəyan vurub.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Siyəkü kəndində qeydə alınıb.

 

Kənd sakini, 1984-cü il təvəllüdlü Tarzan Süleyman oğlu Zahirov evində elektrik naqili ilə ehtiyatsız davranması səbəbindən cərəyan onu vurub.

 

Zərərçəkən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

LENT

17 Oktyabr 2017

Digər xəbərlər >>>