Məktəbəqədər təhsillə bağlı YENİ QAYDA

Prezident İlham Əliyev  “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 585-VQ nömrəli Qanununun tətbiqi barədə fərman verib.

 

Lent.az-ın Azərtac-a istinadən məlumatına görə, fərmana əsasən, Nazirlər Kabineti məktəbəqədər təhsil müəssisələrinə qəbul qaydasını müəyyən edəcək.

 

Qanunla Nazirlər Kabineti tərəfindən sağlamlıq imkanları məhdud olan məktəbəqədər yaşlı uşaqların təhsilinin dövlət standartları, ailə tipli, icma əsaslı, qısamüddətli təlim qruplarında məktəbəqədər təhsilin təşkili, məktəbəqədər təhsil müəssisəsində əlavə müayinə və müalicəyə ehtiyacı olan uşaqlara əlavə müalicə-bərpa xidməti göstərilməsi qaydaları müəyyən ediləcək.

 

Məktəbəqədər təhsil sahəsində təhsilverənlərin tibbi müayinədən keçməsi qaydası da müəyyən olunacaq.

LENT

19 Avqust 2017
18 Avqust 2017

Digər xəbərlər >>>