Sizin link burada

Bakıda 56 yaşlı kişidən dəhşətli əməl - EVDƏ TƏK OLANDA...

 

Bakı sakini intihara cəhd edib. Lent.az xəbər verir ki, hadisə Xətai rayonu Telnov küçəsi 18 ünvanındakı binada baş verib. Həmin binada yaşayan 1961-ci il təvəllüdlü Hüseynov Məftun İdris oğlu bıçaqla qarın nahiyəsinə zərbələr endirib. O, hadisəni törədərkən evdə tək olub və daha sonra bu barədə məlumat alan şəxslərin köməkliyi ilə xəstəxanaya aparılıb.

 

56 yaşlı kişinin həyatına hansı səbəbdən qəsd etməsi məlum deyil. Onun vəziyyəti orta-ağır dəyərləndirilir.

 

Faktla bağlı araşdırma aparılır.

LENT

16 Dekabr 2017
15 Dekabr 2017

Digər xəbərlər >>>