İdman məktəbində görünməmiş hadisə: məşqçi 12 yaşlı şagirdini döydü

 

Bakıda idman məktəbində xoşagəlməz hadisə baş verib. Lent.az xəbər verir ki, Saleh Məmmədov adlı şəxs Nizami rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, Naxçıvanski küçəsi 19 ünvanındakı idman məktəbində oğlu 12 yaşlı Rəşad məşqçisi tərəfindən döyülüb. Valideynin sözlərinə görə, məşqçi Məmməd Xudiyev oğlunu uşaqların yanında döyərək xəsarətlər yetirib.

 

Müraciət əsasında araşdırma aparılır. 

LENT

23 İyun 2017

Digər xəbərlər >>>