Sizin link burada

“Biləsuvar Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” haqda ciddi ittihamlar var

Kənd Təsərrüfatı Nazirliyinin “Biləsuvar Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətində nazirliyin əməkdaşları tərəfindən maliyyə-təsərrüfat fəaliyyətinin auditi aparılıb.

 

 

Nazirlikdən Lent.az-a verilən məlumata görə, audit yoxlaması zamanı Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətində bir sıra nöqsan və çatışmazlıqlar aşkar edilib.

 

Bununla əlaqədar “Biləsuvar Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinin audit yoxlamasının nəticələrinə dair materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib. 

LENT

14 Dekabr 2017

Digər xəbərlər >>>