Sizin link burada

Həmsədrlər Dağlıq Qarabağın Azərbaycanlı İcması ilə görüşdülər

Həmsədrlər Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İctimai Birliyinin üzvləri ilə görüşüblər.
 
APA-nın məlumatına görə, görüşdə İcmanın sədri Bayram Səfərov, icmanın üzvləri, həmsədrlər Stefan Viskontini, İqor Popovu, Riçard Hoqlandı və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik iştirak edib.
 
Görüşdə cəbhədəki vəziyyət, nizamlanma prosesi ilə bağlı vəziyyət ətraflı müzakirə olunub.

LENT

17 Oktyabr 2017

Digər xəbərlər >>>