Sizin link burada

Yeni prezident lesbiyan siyasətçini baş nazir etdi - ÖLKƏ QARIŞDI - FOTO

 

Serbiyanın yeni seçilmiş prezidenti Aleksandr Vuçiçin hökuməti qurmaq vəzifəsini homoseksual siyasətçiyə tapşırması qalmaqala səbəb olub. Lent.az “İxlas” xəbər agentliyinə istinadən xəbər verir ki, hökuməti qurmaq vəzifəsini üzərinə götürən Ana Brnabiçin lesbiyan olması müxalifət partiyalarının sərt etirazı ilə qarşılanıb.

 

Bir çox siyasətçilər Ana Brnabiçin xəstə olduğunu deyiblər və onun təşkil edəcəyi kabinetdə təmsil olunmaq istəmədiklərini, bu kabinetə səs verməyəcəklərini bəyan ediblər.

 

Məsələ ilə bağlı ən çox Serbiya İnkişaf Partiyası aktivlik göstərir və yeni prezidentin Ana Brnabiçlə bağlı geri addım atmalı olduğunu açıqlayıblar.

 

Qeyd edək ki, seksual oriyentasiya məsələsi gündəmə gələndən sonra Serbiyada yeni koalisiya hökumətinin təşkili prosesinin həyata keçirilməsi sual altına düşüb.

 

LENT

18 Dekabr 2017
17 Dekabr 2017
16 Dekabr 2017

Digər xəbərlər >>>