Sizin link burada

Söyüş üstündə dostunu bıçaqlayana 4 İL HƏBS

Yeyib-içdiyi dostunu bıçaqlamaqda təqsirləndirilən Amid Osmanovun cinayət işi üzrə məhkəmə başa çatıb.

 

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən A.Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, hadisə bu il NZS qəsəbəsində baş verib. A.Osmanov tanışı Cəlal İsmayılovla yeyib-içdikdən sonra onlar arasında mübahisə yaranıb. Amid Osmanov C.İsmayılova bir neçə bıçaq zərbəsi vurub. Hadisənin səbəbi isə söyüş olub. Ona Cinayət Məcəlləsinin 126.1(qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsi ilə ittiham verilib.

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017

Digər xəbərlər >>>