DİQQƏT: adam oğurluğu ilə məşğul olan bu idmançılar axtarılır - FOTOLAR

 

Azərbaycanın hüquq-mühafizə orqanları adam oğurluğu və xuliqanlıq cinayətlərində təqsirləndirilən 5 nəfəri beynəlxalq axtarışa verib. Lent.az İnterpol-a istinadən xəbər verir ki, aralarında idmançıların da olduğu qrup üzvlərinin konkret hansı cinayətdə təqsirli bilindiyi məlum olmasa da, onların ölkədən çıxması müəyyən ediləndən sonra dövlətlərarası axtarışa veriliblər.

 

Axtarışa verilmiş şəxslər bunlardır:

 

Rüfət Əmirov – 32 yaş

Elvin Cəfərov – 37 yaş

Əli Hüseynli – 22 yaş

Rafət Əmirov- 38 yaş

Kamil Əmirov – 29 yaş

 

Axtarışa verilmiş şəxslərin xarakterik əlamətləri və digər şəxsi məlumatları barələrində qırmızı xətt üzrə açılmış bülletenlərdə toplanılıb. Axtarış tədbirləri həyata keçirilir.

 

LENT

26 İyun 2017
25 İyun 2017

Digər xəbərlər >>>