Sizin link burada

Sibirdə tələbələri İŞİD-ə cəlb edən azərbaycanlıya 8 il 4 ay HƏBS

Rusiya Ali Məhkəməsi bu ölkənin Komi respublikasında İŞİD sıralarına döyüşçü cəlb etmək istəyən azərbaycanlı Ramil Mirzəmovun apellyasiya şikayətinə baxıb. Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, məhkəmə Mirzəmovun  8 il həbs cəzasını nəinki azaltmayıb, əksinə əlavə 4 ay da artırıb.

Qeyd edək ki,  Ramiz Mirzəmov Uxta Texniki Universitetinin iki tələbəsini İŞİD-ə sıralarına cəlb edərək onları Suriyaya göndərib. Bundan başqa Mirzəmov “VKontakte” sosial şəbəkəsində İŞİD-in təbliğatını da aparırmış.

 

Mirzəmov uzun müddət axtarışda olub. O, Dağıstan respublikasında həbs olunaraq istintaqa cəlb edilib.

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017

Digər xəbərlər >>>