Sizin link burada

Kənanla Pərvin sevgilidir? - Xanımı danışdı

“Bir rejissor filmə çəkdiyi aktrisasına pis gözlə baxırsa, Allah ona pis gözlə baxar”. Lent.az-ın məlumatına görə, bu sözləri rejissor Kənan Mahmudovun müğənni xanımı Aygün Mahmudova ( Şükürova) deyib. O, həyat yoldaşının aktrisa Pərvin Abıyeva ilə sevgili olması xəbərinə bu cür münasibət bildirib: “Vəziyyəti bilmirlər, amma min söz danışırlar. Biri deyir, digəri ona inanır. Ayıbdır, bu məsələni şişirdənlər günah qazanır. Tamamilə yanlış və səhv düşüncələrdir. Hər zaman ortada əxlaqsız hərəkət edən kişilərimiz var. Onlara yox, ağır və ciddi təbiətli insana belə deyirlər. Özləri üçün danışırlar. Pərvinə qarşı gözəl münasibətim var. Biz çox yaxınıq, ailəsini, anasını tanıyıram. Qız üçün çox pis oluram. Belə bir şey ola bilməz. Sosial şəbəkələrdə uşaq-muşaqlar şayiə yayır”. 

LENT

18 Noyabr 2017
17 Noyabr 2017

Digər xəbərlər >>>