Vidadi Bərdəlinin qızı aylar sonra ortaya çıxdı - FOTOLENT

 

Mərhum müğənni Vidadi Bərdəlinin qızı, ifaçı Aytac Vidadiqızı fotosessiya etdirib. Lent.az-ın məlumatına görə, ifaçı bildirib ki, yeni təqdim etdiyi fotosessiyanın bir müddət əvvəl işıq üzü görən “Qədrimi bil” mahnısının davamıdır: “Sevinirəm ki, “Qədrimi bil” mahnım marağa səbəb oldu. Yeni bəstəm bir neçə həftədir  təqdim olunsa da, artıq müsbət rəylər alıram. Sənətçi üçün bundan gözəl nə ola bilər?! Elə bu fotosessiyamı da məhz “Qədrimi bil” mahnım üçün etdim. Sizə bir sirr açım. Əlsində, “Qədrimi bil” bir layihədir. Hazırda adıçəkilən mahnıma ekran həyatı verməyi də düşünürəm. Bu işlərin hələ davamı da olacaq. Yaxın zamanda eyniadlı albomum da işıq üzü görəcək. Bununla da, “Qədrimi bil” layihəsi yekunlaşacaq. Amma bilmək olmaz, bəlkə də, yekun konsertlə oldu”.

 

Öz ünvanına yersiz tənqidlər eşidən Aytac Vidadiqızı bəzilərinə ismarış yollamağı da unutmadı: “Çoxları məni tənbəl adlandırır. Mənim üçün önəmli olan mahnının keyfiyyətidir. Nə gəldi oxumaq mənlik deyil. Mən Vidadi Bərdəlinin qızıyam. Musiqi mənim qanımda axır. Mən keyfiyyətsiz və ya nə gəldi oxuya bilmərəm. Mən tez-tez görünməsəm də, bəziləri kimi tamaşaçının gözünü "mazol" etməsəm də, görünəndə səviyyəli və keyfiyyətli musiqi ilə ortaya çıxıram. Efirdən düşməyən müğənnilər qorxaq müğənnilərdir. Onlar unudulmaqdan qorxur. Mənim isə bu qorxum yoxdur. Mənim adımın üstündə atamın adı möhürdür. Bu ad dağ kimi mənim sənətimin arxasında dayanıb. Mən istəsəm də unudula bilmərəm”.

 

Fotoların müəllifi Niko Abbasovdur. 

 

 

 

 

 

 

 

 

LENT

23 Avqust 2017

Digər xəbərlər >>>