27 yaş kiçik arvadını öldürən kişi ilə bağlı MARAQLI FAKTLAR - YENİLƏNİB

Bu gün səhər saatlarında Lənkəranda 80 yaşlı kişinin özündən 27 yaş kiçik həyat yoldaşını öldürməsi hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az-ın əldə etdiyi məlumata görə, Lənkəran şəhəri, Məhəmməd Əsədov küçəsi 13 ünvanında sözügedən cinayəti törətmiş 1937-ci il təvəllüdlü Əzimov Xanoğlan Əlixan oğlunun öldürdüyü qadının onun 3-cü həyat yoldaşı olduğu məlum olub. Belə ki, uzun illər əvvəl evlənən X.Əzimovun ilk nikahdan 6 övladı olub və onun ilk həyat yoldaşı vəfat edib. Daha sonra Neftçaladan olan qadınla evlənən Lənkəran sakininin bu izdivacı qısa sürüb və qadın 2 ay sonra Xanoğlan Əzimovu ataraq ata evinə qayıdıb. Lerik rayon Mastail kənd sakini olan 1964-cü il təvəllüdlü İsmayılova Almagül Əlixan qızı ilə isə o, 10 il əvvəl ailə qurub. Lakin aralarında 27 yaş fərq olan cütlüyün övladı olmayıb. Son illərdə isə Xanoğlan Əzimovda sinir xəstəlikləri özünü göstərirmiş. Hadisənin də 80 yaşlı kişinin əsəblərinin pozulması nəticəsində baş verdiyi ehtimal edilir.

 

Qeyd edək ki, X.Əzimov polis tərəfindən saxlanılıb, onun barəsində cinayət işi açılıb.

 

 

******

 

8:24

 

Lənkəranda  80 yaşlı kişi həyat yoldaşını balta ilə qətlə yetirib.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran şəhərində qeydə alınıb.

 

Şəhər sakini, 1937-ci il təvəllüdlü  Əzizov Xanoğlan ailə münaqişəsi zəmnində həyat yoldaşı, 1964-cü il təvəllüdlü İsmayılova Almağülü qətlə yetirib. Dəhşətli qətli törədən şəxs saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır. 

LENT

29 İyun 2017
28 İyun 2017
27 İyun 2017

Digər xəbərlər >>>