Sizin link burada

Goranboyda iki “VAZ” toqquşdu, sürücü yaralandı

Goranboyda xəsarətlə nəticələnən  yol  qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qərvənd kəndi ərazisində qeydə alınıb.

 

“VAZ2106” və “VAZ21015” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər, “VAZ2106”nın sürücüsü Əliyev Yadigar müxtəlif bədən xəsarətləri alaraq rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017

Digər xəbərlər >>>