Sizin link burada

Fransada parlament seçkilərinin qalibi bəlli oldu

Fransada keçirilən parlament seçkilərinin ikinci turunda ölkə başçısı Emmanuel Makronun “İrəli, Respublika!” hərəkatı qalıb gəlib.

 

 APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə seçkilərin təşkili və keçirilməsi ilə məşğul olan Fransa daxili işlər nazirliyinin məlumatında bildirilir.

 

Bülletenlərin 95 faizinin hesablanmasından sonra "İrəli, Respublika!" hərəkatı müttəfiqləri MoDem-lə (“Demokratik hərəkat” partiyası) birgə parlamentdə azı 325 yerə sahib çıxaraq mütləq çoxluğa nail olublar. Sağ-mərkəzçi “Respublikaçılar” partiyası 110, “Sosialist Partiyası” – 28, sağ-mərkəzçi “Demokratlar və müstəqillər İttifaqı” – 17, “Fəth olunmayan Fransa” hərəkatı – 16, "Kommunist Partiyası" – 10, “Milli Cəbhə” – 8 mandat əldə edib.

 

“Milli Cəbhə”nin lideri Marin Le Pen ilk dəfə parlamentə seçilib. Fransa parlamentinin aşağı palatası Milli Məclisə həmçinin  “Fəth olunmayan Fransa” hərəkatının lideri Jan-Lyuk Melanşon və sabiq baş nazir Manuel Vals seçilib.

 

Seçkilərdə seçicilərin 35,33 faizi iştirak edib.

LENT

18 Dekabr 2017

Digər xəbərlər >>>