Sizin link burada

İran Suriya ərazisini bombaladı

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İŞİD terrorçuların Suriyadakı bazalarına raket zərbələri endirib.

 

APA-nın xəbərinə görə,  bu barədə “Tasnim” agentliyi məlumat verib.

 

Məlumata görə, terrorçuların Suriyanın şərqindəki mövqeləri orta mənzilli ballistik raketlərlə atəşə tutulub. Zərbələrin Tehrana edilən hücuma cavab olaraq endirildiyi qeyd olunur. 

 

Qeyd edək ki, iyunun 7-də bir qrup silahlı İran parlamenti və Xomeyni mavzoleyinə hücum edib. Hadisə nəticəsində 17 nəfər ölüb, 43 nəfər yaralanıb. Terror aktlarına görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.

LENT

20 Yanvar 2018
19 Yanvar 2018

Digər xəbərlər >>>