Kürdəmirdə qəza - 2 yaralı

Bakı-Qazax yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə,  hadisə Kürdəmir rayonu ərazisində qeydə alınıb.

 

Yol nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslər-Göyçay şəhər sakinləri, 1986-cı il təvəllüdlü Mikayılov Müşfiq Mikayıl oğlu və 1982-ci il təvəllüdlü Həmidov Əli Akif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisənin təfərrüatı müəyyənləşdirilir.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.   

LENT

21 Avqust 2017
20 Avqust 2017

Digər xəbərlər >>>