Gəncədə qadın dərmandan zəhərləndi

Gəncədə dərman zəhərlənməsi olub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1997-ci il təvəllüdlü Rövşanə Məmmədova dərman zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.

 

Vəziyyətinin normal olduğu bildirilir. R. Məmmədovanın hansı şəraitdə zəhərləndiyi hələ ki, məlum deyil.

LENT

26 İyun 2017
25 İyun 2017

Digər xəbərlər >>>